AZAL-ın Müşahidə Şurasında dəyişiklik edildi

16 may 2022

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, sərəncamın  birinci hissəsində hər iki halda “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “Zaur Qurbanov” sözləri “Anar Novruzov” sözləri ilə əvəz edilmiş və və həmin hissəyə “iqtisadiyyat nazirinin” sözlərindən sonra “birinci” sözü əlavə edilmişdir.

Daha ətraflı: https://president.az/az/articles/view/56035