ADY-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildi
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Müşahidə Şurasının üzvləri arasından çıxarılıb. Şuranın tərkibinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev daxil edilib.