Ruslan Əlixanov

Ruslan Əlixanov

İdarə Heyətinin üzvü

1976-cı il iyulun 9-da Bakı şəhərində anadan olub.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib.
1995-1996-cı illərdə ABŞ-ın Missuri-Sent-Luis Universitetini, 2000-2002-ci illərdə isə Texas Universitetini "maliyyə" ixtisası üzrə fərqlənmə ilə bitirib.
1998-2000-ci illərdə Dünya Bankında Xəzər dəniz regionunda energetika, kənd təsərrüfatı və maliyyə sahələri üzrə layihə mütəxəssisi qismində fəaliyyət göstərib.
2000-2001-ci illərdə “Dell Computers” şirkətinin ABŞ ofisində strateji biznes meneceri olaraq çalışıb.
2001-2013-cü illərdə “McKinsey and Company” şirkətində müxtəlif vəzifələrdə çalışaraq həmin şirkətin Partnyoru vəzifəsinə yüksəlib.
2013-2014-cü illərdə Mərkəzi və Şərqi Avropanın ən iri nəqliyyat şirkətlərindən biri olan “FESCO” şirkətinin prezidenti vəzifəsində çalışıb.
2014-2018-ci illərdə “Argo” investisiya şirkətinə rəhbərlik edib və logistika, İT, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində xüsusi vəziyyətlər və aktivlərin idarəedilməsi ilə məşğul olub.
2018-2020-ci illərdə “Boston Consulting Group” şirkətinin Partnyoru və icraçı direktoru olub, o cümlədən MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupuna (BCG TURN) rəhbərlik edib.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.
SOCAR, Azərbaycan Hava Yolları və Azərbaycan Dəmir Yollarının Müşahidə Şurasının üzvüdür.
SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin rəhbəridir.
Azər Türk Bankın Müşahidə Şurasının Sədridir.