Sərəncama əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri:
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri
Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini