“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının 2022-ci il üzrə son iclası keçirilib

Press-relizlər | 29.12.2022

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş 10-cu iclası keçirilib.

Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.

İclasda Cəmiyyətin 2022-ci il üzrə fəaliyyətinin yekunu ilə bağlı hesabatı dinlənilib, eyni zamanda “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində tullantıların yığılması, daşınması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması, idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.

Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.