“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

04 mar 2022
News image

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.

İclasda Cəmiyyətin strategiyası, investisiyalar və təyinatlar üzrə fəaliyyəti müzakirə olunub.

Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı görəcəyi işləri nəzərdən keçirib. İclasda bu ərazilərdə tullantıların idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.