Azərbaycan Respublikası Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi arasında 2023-cü il 14 iyul tarixində qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Memorandum çərçivəsində tərəflər kənar dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin daha da artırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə razılıq əldə ediblər.
Qeyd edək ki, memorandum tərəflərin fəaliyyətlərində qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin, həmçinin öz səlahiyyətləri daxilində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəkləmək məqsədi daşıyır.