AİH-in Baş icraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunda panel müzakirələrə qatılıb
Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü illik iclası ARDNF-nin həmtəşkilatçılığı ilə 14-17 noyabr tarixlərində “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” (”Mobilising Capital for Change”) başlığı altında Bakıda təşkil olunub.
Tədbir zamanı SFBF-nin İdarə heyətinin, üzv Fondların və Azərbaycan Respublikasının dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri və işgüzar görüşlər təşkil olunub. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov tədbirə qatılaraq panel müzakirələrdə iştirak edib.