AİH-in Baş İcraçı direktoru ilə Yaponiyanın ölkəmizdəki səfiri arasında görüş keçirilib
07 iyul 2021-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Ruslan Əlixanov AİH-in məqsədləri, fəaliyyəti dövründə görülmüş işlər barədə səfiri məlumatlandırıb.
Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri, Yaponiya şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, potensial əməkdaşlıq perspektivləri, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.