AİH-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

10 may 2023
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image

Mayın 10-u Azərbaycan İnvestisiya Holdinqində (AİH) müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. AİH-in İdarə heyətinin sədri Mətin Eynullayev və holdinqin geniş heyətinin iştirak etdiyi tədbir zamanı çıxış edən AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov bildirib ki, Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr edib. Qüdrətli Azərbaycan dövlətinin yaradıcısı və memarı olan dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndər tariximizdə həm də azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən dünya miqyaslı siyasi lider kimi əbədi olaraq xatırlanacaq.

Ulu Öndərin beynəlxalq aləmdəki nüfuzu sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı və dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar Heydər Əliyevin başlıca strateji hədəfləri idi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.