AİH-də Türkiyə Varlıq Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Türkiyə Varlıq Fondunun Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Salim Arda Ermutun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə 2016-cı ildə yaradılmış Türkiyə Varlıq Fondunun maliyyə, nəqliyyat-logistika, enerji, telekommunikasiya və digər sahələrdəki portfel şirkətlərinin fəaliyyəti, AİH-in məqsədləri və tərəfindən bu günədək görülmüş işlər, dünya və regionda baş verən son hadisələr fonunda yaranmış yeni imkanlar, eləcə də əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.