AİH-də Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

13 iyl 2022
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Görüşdə Avropa İttifaqı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə əməkdaşlıq perspektivləri, strateji investisiya layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.