AİH-də Asiya İnfrastruktur İnvestisiya Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib

Press-relizlər | 02.02.2023

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə AİİB-in nümayəndə heyətini məlumatlandıraraq,  onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasında AİH - AİİB  birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.