Hüquqi ekspertiza şöbəsinin böyük/baş hüquqşünası
Son tarix 10 mart 2026
Azərbaycan İnvestisiya Holdinqi Hüquqi təminat departamentinin Hüquqi ekspertiza şöbəsinə “Böyük/Baş hüquqşünas” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Normativ aktların layihələrinin hazırlanmasında, mövcud normativ aktların təhlilində və təkmilləşdirilməsində iştirak etmək;
- Struktur bölmələri tərəfindən hazırlanmış normativ akt layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsində iştirak etmək və müvafiq rəy və təkliflər vermək;
- Daxil olan normativ-hüquqi aktların, digər normativ sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;
- Struktur bölmələri ilə birlikdə AİH-in fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq, həmin sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və qanunvericiliyə uyğunluğuna dair rəy vermək;
- AİH-in fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələri hazırlamaq və digər struktur bölmələri tərəfindən hazırlanmış müqavilələrin hüquqi ekspertizasını keçirmək;
- Normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək.
Namizədə dair tələblər:
- Hüquq üzrə ali təhsil (magistratura dərəcəsi arzuolunandır);
- Müvafiq sahədə ən azı 4 il (böyük hüquqşünas) və 5 il (baş hüquqşünas) iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Analitik düşünmə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı;
- Danışıqlar aparmaq bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 10 mart 2026-ci il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
