AİH haqqında

AİH haqqında

Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

"Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb.

Missiya

Missiya

Şəffaf investisiya prosesi və AİH-in mədəni dəyərlərini əks etdirən, öz işinə sadiq peşəkarların sayəsində Azərbaycanın milli sərvətinin artırılması və ölkənin uzunmüddətli inkişafının dəstəklənməsi.

Baxış

Baxış

Portfelə daxil olan şirkətlərin effektiv şəkildə inkişaf etdirilməsi yolu ilə milli rifahın uzunmüddətli artımını təmin etmək.

Dəyərlər

Dəyərlər

  • Şəffaflıq
  • Məqsədyönlülük
  • Komanda işi
  • Etimad
  • Peşəkarlıq