Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft, qaz və neft-kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirən Azərbaycan Respublikasının ən böyük dövlət şirkəti.
Respublika ərazisində elektroenergetika sisteminin fəaliyyətini, elektrik enerjisinin istehsalı və ötürülməsini təmin edən, elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətlərinin və idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirən, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparan dövlət şirkəti.
Azərbaycan Respublikasının ərazisində (Naxçıvan MR istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını, mövcud tarif qiymətinə əsasən yığımını həyata keçirən, habelə bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin edən dövlət müəssisəsi.
Əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, daşınması, emalı və satışı, eləcə də yeni texnologiyalar tətbiq etməklə beynəlxalq standartların tələblərinə uyğun rəqabətə davamlı məhsulların istehsalını həyata keçirən dövlət müəssisəsi.
Fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalarını, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsini, dəmir yollarında hərəkətin idarə edilməsini, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsini və səmərəli istifadə olunmasını və dəmir yolu sahəsində digər xidmətləri həyata keçirən əsas dövlət müəssisəsi.
Mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsini həyata keçirən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatını təmin edən Azərbaycanın ən böyük aviadaşıyıcı dövlət şirkəti.
Dəniz nəqliyyatının məhsula, işə və xidmətə olan ehtiyaclarının ödənilməsinə yönəlmiş liman xidmətləri göstərmək hüququna malik, səhmləri tam olaraq dövlətə məxsus səhmdar cəmiyyət.
Yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasını, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı surətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqini həyata keçirən, yerli və xarici, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli və rəqabətə davamlı xidmətlər təqdim edən dövlət müəssisəsi.
Sərnişinlərin metro nəqliyyatında daşınmasını həyata keçirən, habelə metropolitenin maddi-texniki bazasını gücləndirməklə, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini icra etməklə metropolitenin inkişaf etdirilməsini təmin edən dövlət şirkəti.
Bakı şəhərində beynəlxalq standartlara uyğun avtobus nəqliyyatı seqmenti üzrə sərnişindaşınmanı həyata keçirən, bu zaman texniki və ekoloji təhlükəsizliyi təmin edən dövlət müəssisəsi.
Respublika ərazisində su ehtiyatlarını idarə edən, ölkə iqtisadiyyatı sahələrini suvarma suyu ilə təchiz edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən və bu sahədə elmi-texniki inkişafı təmin edən əsas dövlət müəssisəsi.
Bakı şəhərində və respublikanın regionlarında yaşayış evləri və binalarına, sosial təyinatlı obyektlərə və mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini təmin edən dövlət müəssisəsi.
Azərbaycan Respublikası üzrə mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərini təmin etməklə suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edən, tullantı sularının təmizlənməsini həyata keçirən dövlət müəssisəsi.
Bakı şəhəri ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun mütəşəkkil şəkildə qurmaqla və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən dövlət müəssisəsi.
Maliyyə və sosial ödənişlərin həyata keçirilməsində mühüm rol oynayan, əhaliyə və sahibkarlara geniş spektrli bank xidmətlərinin göstərilməsini və kreditlərin verilməsini həyata keçirən Azərbaycanın ən iri dövlət bankı
Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən və geniş sığorta agentliyi şəbəkəsinə malik dövlət sığorta şirkəti.
Əhaliyə və sahibkarlara geniş spektrli bank xidmətlərinin göstərilməsini və kreditlərin verilməsini həyata keçirən, səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsus olan kommersiya bankı.