“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Xəbərlər | 30.03.2021

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

Sərəncamla qərara alınır ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.