Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiqləndi

Xəbərlər | 22.02.2021

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. 

 

Trend xəbər verir ki, sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: 

 

Müşahidə Şurasının sədri 

 

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi 

 

Müşahidə Şurasının üzvləri 

 

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 

 

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.