“Azərbaycan Dəmir Yolları” QSC-nın Müşahidə Şurasının tərkibi təsdiqlənib

Xəbərlər | 30.03.2021

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.