AİH ilə Qazaxıstan Respublikasının “Samruk-Kazyna” Suveren Sərvət Fondunun nümayəndə heyəti arasında görüş keçirilib

02 iyl 2021
News image
News image

2021-ci ilin 02 iyul tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ilə Qazaxıstan Respublikasının “Samruk-Kazyna” suveren sərvət fondunun  İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Almasadam Satkaliyev “Samruk-Kazyna” Fondunun yaradılma zərurəti, bu günədək keçdiyi yolu, hazırkı fəaliyyəti, korporativ idarəetmə sistemi və gələcək planlar  haqqında məlumat verib. Ruslan Əlixanov öz növbəsində AİH-in məqsədləri, fəaliyyəti dövründə görülmüş işlər, idarəetməsində olan portfel şirkətlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə qonaqları məlumatlandırıb. Görüş zamanı həmçinin “Samruk-Kazyna” ilə AİH-in qarşılıqlı faydalı əməkdaşlıq imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eləcə də növbəti addımların atılması istiqamətində ilkin razılıq əldə olunub.