Dövlət müəssisələri - Portfel şirkətlər

Energetika & Təbii Ehtiyyatlar

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft, qaz və neft-kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirən Azərbaycan Respublikasının ən böyük dövlət şirkəti.

AzərEnerji ASC

AzərEnerji ASC

Respublika ərazisində elektroenergetika sisteminin fəaliyyətini, elektrik enerjisinin istehsalı və ötürülməsini təmin edən, elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətlərinin və idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirən, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparan dövlət şirkəti.

"Azərişıq" ASC

"Azərişıq" ASC

Azərbaycan Respublikasının ərazisində (Naxçıvan MR istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını,  mövcud tarif qiymətinə əsasən yığımını həyata keçirən, habelə bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin edən dövlət müəssisəsi.

AzerGold QSC

AzerGold QSC

Əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, daşınması, emalı və satışı, eləcə də yeni texnologiyalar tətbiq etməklə beynəlxalq standartların tələblərinə uyğun rəqabətə davamlı məhsulların istehsalını həyata keçirən dövlət müəssisəsi.

Nəqliyyat

Azərbaycan Dəmir Yolları QSC

Azərbaycan Dəmir Yolları QSC

Fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalarını, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsini, dəmir yollarında hərəkətin idarə edilməsini, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsini və səmərəli istifadə olunmasını və dəmir yolu sahəsində digər xidmətləri həyata keçirən əsas dövlət müəssisəsi. 

Azərbaycan Hava Yolları QSC

Azərbaycan Hava Yolları QSC

Mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsini həyata keçirən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatını təmin edən Azərbaycanın ən böyük aviadaşıyıcı dövlət şirkəti. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC

Dəniz nəqliyyatının məhsula, işə və xidmətə olan ehtiyaclarının ödənilməsinə yönəlmiş liman xidmətləri göstərmək hüququna malik, səhmləri tam olaraq dövlətə məxsus  səhmdar cəmiyyət.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC

Yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasını, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı surətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqini həyata keçirən, yerli və xarici, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli və rəqabətə davamlı xidmətlər təqdim edən dövlət müəssisəsi.

Bakı Metropoliteni QSC

Bakı Metropoliteni QSC

Sərnişinlərin metro nəqliyyatında daşınmasını həyata keçirən, habelə metropolitenin maddi-texniki bazasını gücləndirməklə, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini icra etməklə metropolitenin inkişaf etdirilməsini təmin edən dövlət şirkəti.

Baku Bus MMC

Baku Bus MMC

Bakı şəhərində beynəlxalq standartlara uyğun avtobus nəqliyyatı seqmenti üzrə sərnişindaşınmanı həyata keçirən, bu zaman texniki və ekoloji təhlükəsizliyi təmin edən dövlət müəssisəsi.

Telekommunikasiya

Aztelekom MMC

Aztelekom MMC

Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirən, fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə stasionar telefon, internet və bir sıra müxtəlif telekommunikasiya xidmətlərini təqdim edən Milli rabitə operatoru

Baktelekom MMC

Baktelekom MMC

Bakı şəhəri ərazisində dövlət, icra hakimiyyətləri və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə telefon, internet və digər  fasiləsiz rabitə xidmətləri göstərən dövlət müəssisəsi

Azərkosmos ASC

Azərkosmos ASC

Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi və kosmik layihələr çərçivəsində aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə əməkdaşlığı təmin edən dövlət müəssisəsi.

Azərpoçt MMC

Azərpoçt MMC

“Şəbəkə” xidmət mərkəzi və “Poçtap” xidməti də daxil olmaqla, əhaliyə ənənəvi poçt xidmətləri, teleqraf xidməti, bank, sığorta və digər maliyyə xidmətləri, kommunal xidmətlər üzrə ödənişlərin toplanması, elektron hökumət və biznes xidmətləri göstərən dövlət müəssisəsidir.

Azintelecom MMC

Azintelecom MMC

Azərbaycanla xarici dövlətlərin telekommunikasiya operatorları arasında müqavilələrin imzalanması, coğrafi və şəbəkə baxımından alternativ marşrutlarla beynəlxalq telefon kanallarının yaradılması və istismarı, beynəlxalq telekommunikasiya xidmətlərinin mübadiləsinin aparılması və marşrutlandırmanın optimallaşdırılması, dövlət, özəl və beynəlxalq səviyyədə bulud xidmətləri, telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin “uyğunluq” sertifikatının verilməsi prosesində şirkətlərə konsaltinq xidmətinin göstərilməsi və səs trafikinin təşkil edilməsi xidmətləri istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edən dövlət müəssisəsi.